ABŞ-dan bölgədə balansı dəyişə biləcək sensasiyalı açıqlama : İran ordusu Suriyadan çıxır

ABŞ-dan bölgədə balansı dəyişə biləcək sensasiyalı açıqlama : İran ordusu Suriyadan çıxır

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brian Hook, İranın koronavirus səbəbindən Suriyadan çıxacağını iddia edib.

Avropa.info xəbər verir ki, Brian Hook rəsmi Tehranın koronavirusa görə ciddi problemlər yaşadığını və İran siyasi elitasının mühüm hissəsinin Suriyadan çıxma tərəfdarı olduğunu deyib.

"Foreign Policy" jurnalına müsahibə verən Hook bunları deyib:

"Tramp yönətimi İranın milyardlarca dollara xərclədiyi Suriyadakı hərbi gücünü geri çəkməsi üçün yetərli səbəbə sahib olduğunu düşünür. Belə ki, koronavirus İranın yıxılmasına səbəb oldu. ABŞ kəşfiyyatı İran hərbçilərinin Suriyada taktiki yerdəyişməsi haqda məlumatlıdır."

Qeyd edək ki, ABŞ dövlət katibi Mayk Pompeo bəzi İran rəsmilərinin adını sanksiya siyahısına əlavə etdiklərini açıqlamışdı. Sanksiyalar İranın Daxili İşlər naziri Rəhmani Fazili və digər 11 İran rəsmisinə qarşı tətbiq edilib.
Kovid-19-a görə çətin günlər yaşayan rəsmi Tehran, ABŞ-dan tibbi yardım idxalı üçün sanksiyaların qaldırılmasını istəmişdi.

Avropa.info

Mənbə: avropa.info