“Mətbuata o zövqü yaşatmaq istəmirəm” - Tramp

“Mətbuata o zövqü yaşatmaq istəmirəm” - Tramp

ABŞ prezidenti Donald Tramp ilk dəfə maska ilə şəkli görüntülənib.
News24.az "bbc.com" saytına istinadən xəbər verir ki, Ağ Ev lideri Miçiqan ştatında "Ford" avtomobil fabrikini gəzdiyi zaman maskadan istifadə etməyib. Trampa fabrik səfəri zamanı niyə maska taxmadığını soruşan jurnalistə "Arxada maska taxdım, ancaq mətbuata bunu görmək zövqünü yaşatmaq istəmirəm" deyib.
Dövlət başçısı bildirib ki, həm eynəyi, həm də maskası olub.
"Burada maska taxmağa ehtiyac yoxdur. Hamıdan test nümunəsi götürülüb. Mənə də həmçinin olunub. Hətta bu gün də elətdirmişəm. Ona görə də taxmağa ehtiyac yoxdur"- deyə, prezident əlavə edib.
Lakin bütün bu sözləri deməsinə baxmayaraq, həmin ziyarətdə üzündə maska taxdığı zaman şəkli çəkilib.

Mənbə: news24.az