İspaniyada altı gündür ki, koronavirusdan ölüm sayı 100-dən azdır

İspaniyada altı gündür ki, koronavirusdan ölüm sayı 100-dən azdır

İspaniyada koronavirusa yoluxma nəticəsində son sutkada daha 56 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, artıq altı gündür ki, ardıcıl olaraq burada yüzdən az adam virusun qurbanına çevrilir. Epidemiyanın başlanğıcından bəri burada eyni diaqnozdan 28 628 nəfər dünyasını dəyişib.

Son sutkada ölkədə daha 446 nəfərin COVID-19 virusuna yoluxduğu müəyyən edilib, bununla da virusa yoluxanların ümumi sayı 234 824-ə çatıb.

Mənbə: apa.az