Ermənistanın Rusiya ilə problemləri getdikcə dərinləşir - Bunlar “işgüzar problemlər” deyil

Ermənistanın Rusiya ilə problemləri getdikcə dərinləşir - Bunlar “işgüzar problemlər” deyil

Avrasiya Ali Şurasının video-konfransı zamanı Rusiya Prezidenti Vladimir Putinin diplomatik dildə, qazın qiyməti ilə bağlı verdiyi bəyanat, Ermənistanın Baş naziri Nikol Paşinyana ünvanlanmış sərt açılama idi. Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazır.

Nəşrdə dərc olunan məqalədə qeyd olunur ki, qazın qiyməti ilə bağlı məsələ yeni deyil və mütəmadi olaraq qaldırılır.

“Üstəlik, iqtisadi ilə yanaşı, həm də siyasi bir komponentə malikdir. Eyni zamanda, bu, ümumi dövlətlərarası münasibətlərin yalnız bir tərəfidir. Əslində, son iki il ərzində Ermənistan-Rusiya münasibətləri, yumşaq desək, olduqca qeyri-müəyyəndir.

Fakt budur ki, rus tərəfdaşları tərəfindən Ermənistan hakimiyyətinə inamsızlıq artır və qarşılıqlı münasibətlər getdikcə mürəkkəbləşir. Əvvəlcə yeni hakimiyyət Rusiya ilə gözəl tərəfdaşlıq münasibətlərinin olduğuna inandırmağa çalışırdısa, üstəlik, Paşinyan da Putinlə dost münasibətləri olduğunu göstərmək istəyirdisə, indi həm Xarici İşlər naziri Zöhrab Mnatsakanyan, həm də Baş nazir əsl problemlərin olduğunu etiraf edirlər”, - deyə nəşr vurğulayıb.

Məqalənin müəllifi qeyd edir ki, bunlar “işgüzar” kimi təqdim olunur, ancaq Paşinyanın “hər şey normaldır” kimi təqdim etməyə çalışdığı şəkildə deyil, daha mürəkkəb olduğu açıq-aydın görünür, problemlər etiraf olmadan da açıqdır, bunu bir sıra hadisələr də sübut edir.

“Hətta 2019-cu ilin oktyabrında, İrəvanda Ali Avrasiya İqtisadi Şurasının iclası çərçivəsində Putinin bütün “nüansları” ilə səfəri, o cümlədən Robert Köçəryanın həyat yoldaşı və oğlu ilə görüşü, Paşinyan tərəfindən təkrarən yola salınması faktı ilə və digər səbəblər bir çox şeydən xəbər verir. Bu yaxınlarda Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarla əlaqədar bir sıra açıqlamalar verdi.

Bir həftə əvvəl, Lavrovun Mnatsakanyan ilə telefon danışığı oldu, rəsmi məlumata görə, koronavirusla mübarizə və Qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər. Elə həmin gün mediada Ermənistanın ikinci prezidenti Robert Köçəryana qarşı siyasi təqib məsələsinin telefon danışığının müzakirə mövzusu olması barədə məlumatlar yayıldı.

Xarici İşlər Nazirliyinin mətbuat katibi bu məlumatı təkzib etsə də, telefon danışığının hakim Anna Danibekyanın Köçəryanın qətimkan tədbirini dəyişdirmək barədə vəsatətini ləğv etməsindən ertəsi gün baş verdiyi diqqət çəkir.

Məhkəmə günü Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan və Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin arasında bir telefon danışığının olması da diqqət çəkən məqamdır. Rəsmi açıqlamaya görə, telefon danışığı “Rusiya tərəfinin təşəbbüsü ilə” baş tutub.

Maraqlıdır ki, bəyanat ertəsi gün, mayın 14-də yayımlandı, bu da telefon danışığının axşam saatlarında baş tutduğunu deməyə əsas verir.

“Tərəflər bir-birlərini Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi münasibətilə təbrik ediblər” deyilir. Bu Qələbə günündən 4 gün sonra baş verib.
Əlbəttə ki, yüksək vəzifəli məmurlar bir neçə gün sonra bir-birini təbrik etməsi nadir bir haldır. Bu söhbət zamanı Robert Köçəryanın mövzusundan da yan keçilmədiyinə dair məlumatlar var.

Bir sözlə, Rusiya rəsmilərinin Ermənistan hakimiyyət orqanlarının, xüsusən Nikol Paşinyanın hərəkətlərinə münasibətini tədricən diplomatik “mesajlardan” birbaşa, üzbəüz “danışıqlar” vəziyyətinə keçməsi halı baş verir.

Qələbə günündə Putinlə Paşinyan arasında heç bir telefon danışığının olmadığını və buna yalnız təbrik mesajları ilə etməklə qane olduqlarını da əlavə etsək, mənzərə daha aydın olur. Xüsusilə Paşinyan bu fakta belə şərh verirsə, vəziyyət daha aydın olur.

“9 Maya gəlincə, bilirsiniz ki, mən həmin vaxt Qarabağda idim və artıq üç ildir ki, 9 Mayı Stepanakertdə (Xankəndi-red.) qeyd edirəm”, - deyə Paşinyan bildirib.

21-ci əsrdə, telefon danışığı baş tutmayıb, çünki Baş nazir İrəvanda, öz kabinetində yox, Qarabağda olub. Təsadüfi deyil ki, ekspertlər və mətbuat, belə bir bəhanəni yumşaq desək, inandırıcı hesab etmədilər.

Bir sözlə, Ermənistan-Rusiya münasibətlərindəki boşluqlar getdikcə daha çox rəng alır, bunu da heç rus tərəfi daha gizlətmir.

Rusiya mediasında getdikcə daha sərt yazıların ortaya çıxması təsadüfi deyil ki, bu da Paşinyan və komandasının yaxın ətrafına sətiraltı və “sətirüstü” çox mənfi münasibəti açıq şəkildə göstərir”, - deyə nəşr yazıb.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az