KİV: ABŞ nüvə sınaqlarının mümkünlüyünü müzakirə edib

KİV: ABŞ nüvə sınaqlarının mümkünlüyünü müzakirə edib

Amerika Birləşmiş Ştatlarının Prezident Administrasiyası 1992-ci ildən bəri ilk nüvə sınağının keçirilməsini müzakirə edib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə “Washington Post” qəzeti məlumat yayıb.

Məlumatda bildirilir ki, cümə günü bu məsələyə milli təhlükəsizliklə məşğul olan idarələrin yüksək vəzifəli şəxslərinin iclasında baxılıb. Müzakirənin keçirilməsinə səbəb Prezident Administrasiyanın Rusiya və Çinin aşağı güclü nüvə silahlarını sınaqdan keçirməsi iddiaları ilə bağlı olub.

Qəzetin məlumatına görə, görüş zamanı bu məsələ ilə bağlı hər hansı qərar qəbul olunmayıb. Müzakirə ilə tanış olan iki nəfər bu məsələ ilə bağlı ciddi fikir ayrılıqlarını qeyd ediblər. Digər bir mənbə isə Rusiya və Çindən gələn təhdidlərə cavab kimi başqa tədbirlər görmək qərarına gəlindiyini bildirib.

Mənbə: apa.az