ABŞ-da karantində ayin keçirən kilsə yandırıldı: "Evdə oturun, riyakarlar!" (FOTO)

ABŞ-da karantində ayin keçirən kilsə yandırıldı: "Evdə oturun, riyakarlar!" (FOTO)

ABŞ-ın Missisipi ştatının Holli Sprinqs şəhərindəki bir xristian kilsəsi pandemiyaya baxmayaraq, ayin keçirdiyi üçün naməlum şəxslər tərəfindən yandırılıb.

Kilsəni yandıranlar Birinci Pentakostal Kilsəsinin yaxınlığında belə bir söz yazıblar: "Münafiqlər, hə, bundan sonra daha evdə oturarsınız!"

Qaynarinfo xəbər verir ki, bu haqda NBC News məlumat yayıb.

Vali Tate Reeves hadisədən kədərləndiyini və hiddətləndiyini söyləyib: "Pandemiya bizi nə günlərə qoydu? Bu ölkə üçün dua etməyə ehtiyac var”.

Bundan əvvəl Pentekostal kilsəsinin nümayəndələri şəhər məhkəməsində dini xidmət qadağasına qarşı iddia qaldırmağa çalışıb.

Bu arada ABŞ prezidenti Donald Tramp kilsələri açmadıqlarına görə ştat rəhbərlərini sərt tənqid edib və "o zaman bunu özüm edəcəyəm” deyə onları hədələyib. Bununla belə, Trampın konstitusiyaya görə belə bir hüququ yoxdur, - BBC News yazır.

Polis şübhəliləri axtarmaqla məşğuldur.

 

Alpər

Mənbə: qaynarinfo.az