Boris Consonun müşaviri koronavirus əlamətlərini "vecinə almadan" səfərə çıxdı

Boris Consonun müşaviri koronavirus əlamətlərini "vecinə almadan" səfərə çıxdı

İngiltərə Baş Naziri Boris Consonun müşaviri Dominik Kamminqs koronavirus simptomları ortaya çıxdıqdan sonra valideynlərinə baş çəkib.



BiG.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Britaniyanın "Guardian" və "Mirror" nəşrləri məlumat yayıb.

Belə ki, 48 yaşlı Kamminqs valideynlərini görmək üçün 400 kilometrdən çox yol qət edib.



Nəşrlərin araşdırmasına əsasən, martın 31-də Darem şəhərinin polisi Kamminqsin həmin şəhərdə olduğunu müəyyən edib. Yoluxma simptomları isə onda Conson xəstələnəndən bir gün sonra, martın 28-29-da üzə çıxıb.

Natəvan Baxşiyeva

 

Mənbə: big.az