COVİD-19 qurbanlarının sayı 7300 nəfərə çatıb İranda

COVİD-19 qurbanlarının sayı 7300  nəfərə çatıb İranda

“Son 24 saat İranda yeni növ koronavirus infeksiyası nəticəsində 51 nəfər dünyasını dəyişib. SİA-nın xəbərinə görə, bunu İranın Səhiyyə Nazirliyinin sözçüsü Kianuş Cahanpur açıqlayıb.

O qeyd edib ki, ümumilikdə ölkədə koronavirus virusuna yoluxanların sayı 131 652, sağalanların sayı 102 276, dünyasını dəyişənlərin sayı isə 7300 nəfərə çatıb.

Cahanpur son 24 saatda 2311 nəfərin yeni növ koronavorusa yoluxduğunu dilə gətirib:

“Son 24 saatda 51 nəfər dünyasını dəyişib. 2659 nəfərin vəziyyəti ilə ağır olaraq qiymətləndirilir. Bu günə qədər İranda COVID-19 üzrə 763 min 913 test edilib”,- deyə, o əlavə edib.

Mənbə: sia.az