Rusiya HDQ günündə hərbi dəniz paradı keçirəcək

Rusiya HDQ günündə hərbi dəniz paradı keçirəcək

Rusiyada iyulun 26-da Hərbi Dəniz Qüvvələri günündə Sankt-Peterburq şəhərində dəniz paradı keçiriləcək. Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə naziri Sergey Şoyqu məlumat verib.

O bildirib ki, paradda bütün donanmalardan 46 döyüş gəmisi və sualtı qayıqlar iştirak edəcək.

Şoyqunun verdiyi məlumata görə, paradda yeni istehsal edilmiş “Admiral Kasatono” freqatı, “Pyotr Morqunov” hücum gəmisi, “Petropavlovsk-Kamçatski” sualtı qayığı və digər döyüş gəmiləri iştirak edəcək.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az