Liviyanın qonşuluğunda olan ölkədə hərbi çevriliş cəhdi: Qiyamın arxasında Türkiyə əleyhinə olan marionetlərdir – Fotolar

Liviyanın qonşuluğunda olan ölkədə hərbi çevriliş cəhdi: Qiyamın arxasında Türkiyə əleyhinə olan marionetlərdir – Fotolar

"Ərəb baharı"nın başladığı Tunisdə hərbi çevriliş cəhdi olub.

Avropa.info xəbər verir ki, bu barədə Müdafiə və Təhlükəsizlik Strategiyaları analitiki Yusuf Alabarda sosial şəbəkədəki hesabından açıqlama yayıb.

Alabarda paylaşımında bu ifadələri qeyd edib:

"Eyni bildiyimiz ssenari. İndi də Misirdə olduğu kimi, Tunisdə hərbi çevriliş cəhdinin axtarışındadılar. Tunisdə də bir Sisi gətirmə təlaşındadılar. Tunis küçələrini BƏƏ pulu və imperialist düşüncə ilə hərəkətə gətirmə səyləri. Halbuki Gəzidən 15 iyula və hələ nə oyunları pozmuşuq..."

Alabardanın paylaşdığı tunisli olduğu ehtimal edilən Murad Teyeb adlı jurnalistin ingilscə "tweet"ində kəskin iddialar qeyd edilir.

İnqilabdan öncə Zeynalabidin bin Əli rejiminin dəstəkçilərinin əks-inqilab eləmək üçün hərəkət keçdiyini bildirən jurnalist medianın hökuməti hədəf alan yazılar yaydığını bildirib.

Juranlsit ölkə parlamentinin buraxılması üçün bir aydır çağırışlar edildiyini qeyd edib. Jurnalist həmçini sosial şəbəkələrdən fəal şəkildə istifadə edildiyini yazıb.

Mənbə: avropa.info