İki partiya sədri görüşdü - Fikir mübadiləsi aparıldı

İki partiya sədri görüşdü - Fikir mübadiləsi aparıldı

Bu gün AMİP Qərərgahında Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və Azərbaycan Milli İstiqlal Partiyasının sədr əvəzi Arzuxan Əlizadə arasında görüş keçirilmişdir.

Fuad Əliyevin təşəbbüsü ilə keçirilən görüşdə ölkədə demokratik mühitinin formalaşdırılması və partiyaları birləşdirən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Pandemiya dövründə Azərbaycan hökumətinin atdığı addımlar, görülən işlər və çatışmazlıqları da müzakirə edən partiya rəhbərləri, həmçinin korrupsiyaya qarşı mübarizə istiqamətində DTX və Prokurorluğun həyata keçirdiyi tədbirlərlə bağlı da fikirlərini bölüşmüşlər.

Görüşdə həmçinin müzakirə olunan məsələlərin bundan sonra da gündəmdə saxlanılması üçün birgə məsləhətləşmələrin daha tez-tez keçirilməsi barədə razılıq əldə olunmuşdur.

 

Mənbə: moderator.az