ABŞ nüvə sınağına başlamağı müzakirə etdi – 1992-ci ildən bəri ilk dəfə

ABŞ Prezidenti Donald Tramp administrasiyası 1992-ci ildən bəri ilk dəfə olaraq nüvə sınağı keçirilməsinin mümkünlüyünü müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin bildirdiyinə görə, bununla bağlı heç bir razılıq əldə olunmayıb. Bu məsələ milli təhlükəsizliyə cavabdeh olan yüksək vəzifəli şəxslərin iclasında qaldırılıb. İclas Rusiya və Çinin nüvə sınaqları keçirməsində ittiham olunmasından sonraya təsadüf edib.

Mənbələrdən biri bildirib ki, Rusiya və Çinə fərqli cavab verməklə bağlı qərar qəbul olunub və sınaqları bərpa etməmək qərara alınıb. Digər bir mənbə isə qəzetə müzakirələrin davam etdiyini bildirib.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti aprel ayında Rusiyanı nüvə silahı üzərində təcrübə aparmaqda ittiham edib. Rusiya Xarici İşlər Nazirliyi isə nüvə sınağına dair moratoriumun pozulması ittihamını rədd edib.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

"Cəmiyyətimiz müharibəyə hazır deyil..." - deputat

SONRAKI XƏBƏR

Rusiya yenidən koronavirusa yoluxanların sayında 2-ci yerə çıxdı - 139 xəstə öldü