Tramp hidroksixloroxin qəbul etməsinin səbəbini açıqladı

Tramp hidroksixloroxin qəbul etməsinin səbəbini açıqladı

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə iki COVID-19 hadisəsi qeydə alındıqdan sonra antimalyarial dərman olan hidroksixloroxin qəbul etməyə başlayıb.

KONKRET.az xəbər verir ki, o, bunu jurnalist Şeril Atkissona verdiyi müsahibəsində söyləyib. Məlumatı TASS agentliyi yayıb.

“Mən ona çox inanırdım, çünki Ağ Evdən iki nəfərin koronavirus testləri müsbət sınaqdan keçirildiyi üçün kurs aldım. Düşündüm ki, bu kursu keçməliyəm” deyib Tramp.

O, dərmanı iki həftə qəbul etdiyini bildirib.

“Baxırsınızsa, hidroksixloroxin haqqında heyrətamiz, müsbət rəylər var” deyə ABŞ lideri vurğulayıb.

Bazar ertəsi günü Ağ Evin rəhbəri koronavirusun qarşısının alınması üçün mütəmadi olaraq hidroksixloroxin qəbul etdiyini etiraf edib.

Babək Göyüş

Mənbə: konkret.az