Daha bir ölkə sərhədləri açır

Daha bir ölkə sərhədləri açır

Dünyanın məşhur turizm istiqamətlərindən olan Kipr sərhədlərin açılmasına və xarici turistlərin qəbuluna hazırlaşır.

Qazet.az xəbər verir ki, mayın 22-də keçirilən hökumətin toplantısında artıq iyunun 9-dan etibarən Larnaka və Pafos aeroportlarının açılması gözlənilir.

Bundan başqa ölkəyə gələn turistlər iki yerə ayrılacaq – koronavirusu tutulması ehtimalı aşağı və orta olan ölkələr. Bu qrupların hər birindən gələn turistlər üçün ayrıca tələblər olacaq. İlk qrupa Yunanıstan, Malta, Bolqarıstan, Avstriya, Sloveniya, Macarıstan, İsrail və başqaları aiddir. İkinci qrupda isə İsveçrə, Rumıniya və digər ölkələr yer alıb. Digər bütün ölkələr, o cümlədən MDB üzrə olanlar yüksək risk ölkələri sayılır və onlarjan turist qəbul edilməyəcək, epidemioloji vəziyyət dəyişdikcə siyahı da yenilənəcək

Mənbə: qazet.az