“Ruslar qarşısında diz çökməyə ehtiyac yoxdur” –Aleksandr Lukaşenko

“Ruslar qarşısında diz çökməyə ehtiyac yoxdur” –Aleksandr Lukaşenko

Belarusprezidenti Aleksandr Lukaşenko hesab edir ki, Rusiya onlarla rakettexnologiyaları sahəsində elmi əməkdaşlıq etmək istəmir.

Moderator.az xarici KİV-ə istinadla bildiri ki, son dövrlərdə Rusiyaya qarşı gözlənilməzaçıqlamaları ilə diqqət çəkən Belarus prezidenti bu sözləri cümə günü ölkəsindəyeni tipli raketin hazırlanması prosesi ilə tanış olarkən söyləyib.

“Ruslarqarşısında diz çökməyə ehtiyac yoxdur. Ən yaxın müttəfiqimiz bizimlə rakethazırlamağa razı olmadı, bu, bir siqnaldır”- deyib prezident Lukaşenko.

Qeyd edəkki, Belarus 300 km məsafədə hədəfi vura bilən modernləşdirilmiş “Polonez”raketləri almağa və özündə də hazırlamağa başlayıb. Raketlərin sınaqdançıxarılması üçün Çin, Qazaxıstan, Özbəkistan və Səudiyyə Ərəbistanı ilə danışıqlaraparılır və ərazilər nəzərdən keçirilir.

Eynizamanda Belarus bu istiqamətdə Rusiya ilə əməkdaşlıqdan ümidini itirdikdənsonra lazım olan komponentləri Çindən almağa başlayıb və üzünü Çinə çevirib.

Mənbə: moderator.az