Keçmiş erməni nazir müavini: “Hazırkı hökumət bu günə qədər müsbət nəticəsi olan bir addım atmayıb”

Keçmiş erməni nazir müavini: “Hazırkı hökumət bu günə qədər müsbət nəticəsi olan bir addım atmayıb”

“Hazırkı hökumət bu günə qədər müsbət nəticəsi olan və Ermənistan Respublikası naminə adlanan bir addım atmayıb”. Ordu.az xəbər verir ki, bunu Ermənistanın keçmiş Müdafiə nazirinin müavini Artak Zakaryan öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, Ermənistan hökuməti Qarabağ məsələsində yeni avantüra “təhrik edə bilən” təhlükəli dövrə daxil olub.

“Aydın anti-böhran siyasətinin yoxluğu kiçik və orta biznes üçün yeni risklər və ağır sosial problemlər yaradır.

“0”-dan başlayan anlaşılmaz xarici siyasət nəticəsində erməni-rus çoxfunksiyalı strateji münasibətləri kədərli nəticələri ilə birlikdə “qəza enişi” edir.

Ermənistan-Avropa İttifaqı, Ermənistan-ABŞ çox vacib münasibətləri hazırda real siyasət olmadan zaman-zaman səslənən həvəsləndirici bəyanatlarla məhdudlaşır”, - deyə o bildirib.
 

 

Mənbə: ordu.az