Fransa səfiri: “Minsk qrupu olmasaydı, vəziyyət daha təhlükəli olardı”

"ATƏT-in Minsk Qrupunun məsləhətləşmə mexanizmi olmasaydı, vəziyyət şübhəsiz daha qeyri-sabit, daha təhlükəli olardı". Ordu.az xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qros Azvision.az-a müsahibəsi zamanı deyib.

O bildirib ki, davamlı dinc həll yolu tapmaq, yeni bir qarşıdurmanın və beləliklə, müharibənin faciələrinin qarşısını almaq üçün diplomatik səylər davam etməlidir.

"Xalqları, həmçinin sülhə hazırlamaq lazımdır. Xalqlar özləri buna hazırlaşmalıdırlar, bu isə nifrət nitqlərindən imtina etmək, digəri haqqında məlumatlanmaq, vətəndaşlardan irəli gələn dinc təşəbbüsləri dəstəkləmək deməkdir. Münaqişələrin həllində hər kəsin - əlbəttə ki, hökumətlərin, eyni zamanda medianın, universitetlərin, ailələrin, qeyri-hökumət təşkilatlarının da rolu var. Buna görə istərdim ki, noyabr ayında üçüncü buraxılışı keçiriləcək Paris Sülh Forumunda Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri iştirak etsinlər", - deyə səfir bildirib.

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

İslam ölkələri Fələstin üçün TOPLANACAQ

SONRAKI XƏBƏR

Keçmiş erməni nazir müavini: “Hazırkı hökumət bu günə qədər müsbət nəticəsi olan bir addım atmayıb”