İslam ölkələri Fələstin üçün TOPLANACAQ

Türkiyənin təşəbbüsü ilə İslam ölkələri Fələstin üçün görüş keçirəcək.

Sonxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr Türkiyənin təşəbbüsü ilə İsrailin "Qərb Sahilinin ilhaq etməsi" planının tənzimlənməsi üçün fövqəladə iclas keçirəcək.

Diplomatik mənbələrdən verilən məlumata görə İsrailin "Qərb Sahilinin ilhaqı" məsələsi İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin nazirlər ilə keçirəcəyi fövqaladə görüşün Türkiyə rəhbərliyinin təşəbbüsü ilə qəbul olunduğu təsdiqləyib.

Fələstin rəhbərliyi görüş üçün rəsmi tələbini Ramazan bayramından sonra İƏT-ə göndərəcək.

Sonxeber.az

ƏVVƏLKİ XƏBƏR

Qonşuda qəti qadağa: Dörd gün hər kəs evdə olacaq

SONRAKI XƏBƏR

Çin Honq Konqun azadlığına son qoymaq qərarı verdi