“Paşinyan qırmızı xətti keçdi” – Müharibə qaçılmazdır – TƏHLİL – EKSKLÜZİV

“Paşinyan qırmızı xətti keçdi” – Müharibə qaçılmazdır – TƏHLİL – EKSKLÜZİV

Ermənistanın baş naziri Nikol Paşinyanın son iki həftə ərzində iki dəfə işğal altındakı Azərbaycan torpaqlarına səfər edib.

Qazet.az xəbər verir ki, Paşinyanın atdığı bu addıma Minsk Qrupu həmsədrləri də səssiz qalıb. Qarabağ separatçılarının “seçki” şousu və “inauqurasiya” keçirməsinə də sərt çıxış edilmədi.

Suallarımızı cavablandıran Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirir ki, artıq gedişat sülh danışıqlarının müharibə ilə əvəz edilməsi vaxtı yetişib. Müharibə görməyən Paşinyan isə hələ də anlamır ki, bu gün “yeyib-içdiyi” O torpaqlarda çox yaxın zamanda “qan qusacaq”.

“Ermənistanın digər liderləri Qarabağ müharibəsində iştirak ediblər. Onlar münaqişənin nizamlanmasında aldadıcı mövqe tuturdular. Onlardan fərqli olar Nikol Paşinyan açıq kartlarla oynayır. O Qarabağ savaşında iştirak etmədiyi üçün, erməni tarixinə başqa istiqamətdə iz buraxmaq istəyir. Təbii ki, onun Şuşaya səfəri və “inauqurasiyası” Xankəndində deyil Şuşada keçirməsi – bütün bunlar göstərir ki, Nikol Paşinyan geri çəkilmək fikrində deyil. O artıq qırmızı sərhəddi keçib. Bunun mütləq cəzası olmalıdır. Əgər cəza olmazsa, bu Ermənistan hakimiyyətində gələcək və daha böyük onların işğalçı addımlarına səbəb ola bilər”, – deyə Zaur Məmmədov qeyd edib.

Məlum məsələdir ki, Azərbaycan ordusunun keçirdiyi genişmiqyaslı təlimlər ermənilərin gözünün odunu alıb. Azərbaycan əsgərinin cəsarəti, yeni texnikalar, güclü və müasir silahlar, ölkəmizin düşünən beyinləri. Hansı ki, bunların heç biri Ermənistanda yoxdur.

“Hər halda baş verən hadisə bir daha göstərdi ki, Azərbaycan cəmiyyəti nə olursa olsun torpaqların azad olunmasını istəyir. Belə olan halda biz yaxın vaxtlar ərzində münaqişə ilə bağlı vəziyyətin sülh yolundan digər addımlara keçidi görəcəyik. Bu artıq qaçılmaz bir hadisədir. Ermənistanın provokasiyalarının ardı-arası yoxdur. Onlar Azərbaycana başqa seçim qoymurlar. Eyni zamanda soyuqqanlı olmaq lazımdır. Regional məsələləri nəzərə almaq mütləqdir. Regionda dünyanı idarə etmək istəyən qüvvələr var ki, onlar qəddarlıqla və xüsusi diqqətlə Ermənistan-Azərbaycan arasında olan prosesləri izləyirlər”.

Ermənistan tərəfi xüsusən Nikol Paşinyan anlayır ki, yaxın vaxtlarda “badə qaldırdıqları” torpaqlardan qovulacaqlar. Və ədalət nəyin bahasına olursa olsun bərpa ediləcək. Bunu deməyə əsas verən isə Azərbaycan Ordusu, Azərbaycanın Ali Baş Komandanı, düşünülmüş daxili və xarici siyasət və Azərbaycan xalqının əzmidir.

Mənbə: qazet.az