Bu gün sadəcə ekoloqların deyil, bütün təbiətsevərlərin bayramıdır, çünki...

Bu gün sadəcə ekoloqların deyil, bütün təbiətsevərlərin bayramıdır, çünki...

Bu gün AzərbaycanRespublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır.Lakin təbiətə sevgi və qayğı göstərən, onun həyatımızdakı rolunu dərk edən hərkəs başa düşür ki, bu gün sadəcə ekoloqların deyil, təbiətin keşiyində duran hərkəsin, bütün insanların bayramıdır. Necə ki, ulu öndər Heydər Əliyev bütün insanlarıtəbiəti qoruyan, ona qarşı duyarlı münasibət ortaya qoyan şəxslər kimi görməkistəyir, onları hər bir ağac uğrunda mübarizə aparmağa, ekoloji mühiti yaxşılaşdıranaddımlar atmağa səsləyirdi.

Moderator.az xəbər verir ki, jurnalist-tarixçi SeymurƏliyevin “Heydər Əliyev və Ermənistanın ekoloji terrorizm siyasətinə qarşımübarizə” kitabında bununla bağlı maraqlı məqamlar yer alıb:

“Heydər Əliyev üçün təbiət,onun ən xırda komponenti belə mühüm əhəmiyyət kəsb edirdi. Bu, Heydər Əliyevüçün o qədər əhəmiyyətli bir məsələ idi ki, o, hətta bir ağaca görə beləmübarizə aparmağı nəinki vacib hesab edir, bütün xalqın varlığı təhlükə altındaolan bir ağaca görə ayağa qalxmasını zəruri sayırdı. Onun 10 may 1997-ci iltarixində Bakının Nizami rayonunda, Cəmşid Naxçıvanski küçəsində Heydər Əliyevparkının açılışı zamanı səsləndirdiyi aşağıdakı sözləri əslində siyasi liderinkeçmişdən gələcəyə ünvanlanan həyati çağırışı hesab edilə bilər. Hansı ki, buçağırışda Heydər Əliyev insanları hər bir ağac uğrunda mübarizə aparmağa, bumübarizədə kimsəyə güzəşt etməməyə səsləyir: “Xatirimdədır, vaxtilə – 1960-cıillərdə mənim yaşadığım evin həyətində balaca bir qaraj düzəldilmişdi. Həminqaraja avtomobilin girməsi üçün bir ağac mane olurdu. Bəzən mən də həyətəçıxırdım. Bir adam gəlib həmin ağacı kəsmək istəyirdi. Həyətimizdə olanadamların hamısı toplaşıb bir-iki dəfə gəlib dedilər ki, bu ağacı kəssən biz səniburadan çıxaracağıq. Bu hadisə 1960-cı illərin ortalarında olubdur. Mən bu işəçox kəskin münasibət göstərdim. Onda mən şübhəsiz ki, respublikanın başçısı vəzifəsindədeyildim, o həyətdə yaşayan sadə bir adam idim. Qaraj sahibinə nə qədər çətinolsa da, biz onu bu ağacı kəsməyə, çıxarmağa qoymadıq. Biz o həyətdə birağacdan ötrü mübarizə apardıq.

Ona görə də siz hər bir ağacı qorumalısınız, hərbir ağacın qorunması uğrunda mübarizə aparmalısınız. Əgər kimsə, hər hansı biradamsa – ya pulu çoxdur, yaxud vəzifəsi böyükdür, qolu zorbadır – gəlib ağacı kəsirsə,qorxmayın, çəkinməyin, siz ondan güclüsünüz. Sizin gücünüz onun pulundan da, vəzifəsindəndə, qolundan da güclüdür. Çünki siz təbiəti qoruyanlarsınız. Mən istəyirəm ki,siz hamınız təbiəti qoruyanlar olasınız.

Təbiətə zərər vuranlar, ağac kəsənlər, təbiətiçirkləndirənlər, korlayanlar cəmiyyətimizin, hamımızın düşmənidir. Ona görə dəqurub-yaradın. Ümidvaram ki, siz bu parkı daha da gözəlləşdirəcəksiniz. Ümidvaramki, bax, buradakı təcrübə Bakının başqa guşələrində də yayılacaqdır”.

Mənbə: moderator.az