Ermənistanda vəkilə və ailəsinə hücum edilib

Ermənistanda vəkilə və ailəsinə hücum edilib

Ermənistanda vəkil Tiqran Atanesyana və ailəsinə hücum edilib. Azvision.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Avetik İşxanyan “Facebook” səhifəsində yazıb.

O bildirib ki, hadisə açıq şəkildə baş verib, çünki hücum edənlər cəzasız qalacaqlarına əmin olublar.

“Bu hücum təsadüfidir, ya sifarişlidir? Hər halda hücumun təsadüfi olmadığına əminəm. Biz 90-cı illərin kabusuna qayıdırıq? Vəkil Ruben Saakyana hücum edilən dövrə. Həm də cəzasızlığa”, - deyə erməni hüquq müdafiəçisi əlavə edib.
 

Mənbə: azvision.az