Erməni politoloq: “Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq bu acınacaqlı enişi dayandıra bilər”

“Rusiya Xarici İşlər naziri Sergey Lavrovun açıqlamaları Ermənistan Baş naziri Nikol Paşinyanın açıq şəkildə uğursuz danışıqlar apardığını göstərib”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni politoloq Ağasi Yenokyan deyib.

O qeyd edib ki, bütün bunlar qaçaqmalçılıq və korrupsiya skandalları ilə qarışdı və birləşdi.

“Məlum oldu ki, Nikol Paşinyan hakimiyyəti ölkə və vətəndaşlar üçün işləmir, malik olduğu qollardan ailəsinin zənginləşməsi üçün istifadə edir”, - deyə Yenokyan bildirib.

Erməni politoloq qeyd edib ki, əsas problem Ermənistan Baş naziri Nikol Paşinyanı hakim qanadlardan məhrum etmək olmalıdır.

“Artıq bütün sahələrdə itkilərimiz var, lakin Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq bu acınacaqlı enişi dayandıra bilər, onun qalacağı hər gün yeni-yeni itkilər gətirəcək”, - deyə Yenokyan bildirib.

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

Müəllimin şifrəsini ələ keçirən tələbə qiymətlərini dəyişib məzun oldu- FOTO

SONRAKI XƏBƏR

Britaniya səfiri Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib