Ordumuz erməni hərbi hissəsinə qarşı diversiya keçirdi?

Ordumuz erməni hərbi hissəsinə qarşı diversiya keçirdi?

Azərbaycan Ordusunun Qarabağda yerləşən erməni hərbi hissəsinə qarşı diversiya əməliyyatı keçirməsi barədə qondarma rejimin yaydığı məlumat dezinformasiyadır.

Bu sözləri Axar.az-a açıqlamasında Müdafiə Nazirliyinin mətbuat katibi polkovnik Vaqif Dərgahlı deyib.

O bildirib ki, Qarabağdakı qondarma rejimin bu məlumatı növbəti yalandır.

Qeyd edək ki, Ermənistan mediası Azərbaycanın işğal altında saxlanılan Dağlıq Qarabağ ərazisindəki separatçı-terrorçu rejiminə istinadla, Azərbaycan xüsusi təyinatlılarının Qarabağdakı erməni hərbi hissələrindən birinə qarşı 22 mayda diversiya əməliyyatı həyata keçirdiyini iddia edib. Bildirilib ki, diversiya cəhdi nəticəsində erməni əsgərləri arasında itki yoxdur.

Mənbə: axar.az