Deputat: “Kadr islahatları ölkənin inkişafına və vətəndaş məmnunluğunun yaranmasına xidmət edir”

Deputat: “Kadr islahatları ölkənin inkişafına və vətəndaş məmnunluğunun yaranmasına xidmət edir”

“Prezidentin həyata keçirdiyi kadr islahatları ölkədə korrupsiya, rüşvətxorluğun kökünün kəsilməsinə, vətəndaş məmnunluğunun yaradılaraq, hakimiyyətə əlçatanlığın təmin edilməsinə xidmət etdiyindən cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Ona görə də ölkə başçısı tərəfindən həyata keçirilən islahatlar xalqın ürəyincə olduğundan yüksək səviyyədə dəstəklənir. Bu istiqamətdə həyata keçirilən islahatların müsbət sonluqla nəticələnməsi üçün Prezidentin ətrafında sıx biləşiblər”.

Bunu “Ölkə.Az”a açıqlamasında deputat İltizam Yusifov deyib.

Onun sözlərinə görə, Prezidentin fəaliyyətinin əsas hədəfi ölkədə Azərbaycan insanının sosial rifah halında yaşaması və vətəndaş məmnunluğunun təmin olunmasıdır.

“Bütün fəaliyyətini də bu istiqamətdə qurub. Təəssüflər olsun ki, bəzi kadrlar bu fəaliyyətdə ölkə başçısına dəstək olub, yürütdüyü siyasətin uğurla və qısa zamanda baş çatmasında öz vəzifə borclarını layiqincə yerinə yetirmək əvəzinə, öz şəxsi maraqlarını hər şeydən üstün tuturlar. Prezidentin yürütdüyü siyasətə, islahatlar paketinə qarşı çıxaraq, onu əngəlləyirlər. Belə vəziyyətdə həmin şəxslərin öz nəfslərini milli maraqlardan üstün tutması dövlətə xəyanət hesab edilir. Çünki ölkə başçısı vətəndaş məmnunluğunun yaradılması, aztəminatlı ailələrin sosial problemlərinin həlli, ölkədə sahibkarlığın inkişaf etdilməsi istiqamətində atdığı addımlar yerli icra hakimiyyəti orqanları tərəfindən bir çox hallarda maneçilik yaradılır. Cənab Prezidentin bununla bağlı etdiyi xəbərdarlıqlarından nəticə çıxarmayıb kasıbın malına, haqqına göz dikənlər, sahibkarların fəaliyyətinə ciddi maneələr yaradanlar tapılır. Bu əməllər isə vətəndaşda dövlətə, aparılan islahatlara inamsızlıq yaradır. Nəticədə belə hərəkətə yol verən məmurlar acı bir sonluq yaşamalı olurlar və ən sərt cəzalara layiq görülürlər. Hansı ki, biz davamlı olaraq belə halların şahidi olmaqdayıq. Xəbərdarlıqlardan, ölkə başçısının verdiyi mesajlardan nəticə çıxarmayanlar layiqli cəzalarını alırlar”- deputat bildirib.

Millət vəkili bildirib ki, ölkə başçısı ölkədə korrpusiya və rüşvətxorluğun kökünü kəsib, vətəndaş məmnunluğun yaradılması məqsədi ilə digər islahatlarla paralel olaraq kadr islahatlarını həyata keçirir.

”Yəni ümumi islahatlar dalğası kadr islahatlarını da qaçılmaz edir. Korrupsiya kimi bəlayla mübarizənin effektivliyi kadrlardan asılıdır. Əgər kadr Vətənə, xalqa, dövlətçiliyə bağlı olub, fəaliyyətində ölkənin inkişafını naminə qanunun aliliyini üstün tutub, ölkə başçısı tərəfindən həyata keçirilən islahatların yerlərdə icrasına çalışacaqsa, o zaman korrupsiya, rüşvətxorluğun da kökü kəsiləcək, sahibkarlıq inkişaf edəcək, idarəetmədə vətəndaş məmnunluğu təmin olunacaq. Bax ölkə başçısının həyata keçirdiyi kadr islahatları bu amallara xidmət edir;- korrpusiyanın, rüşvətxorluğun kökünün kəsilməsi, sahibkarlığın inkişaf etməsi üçün sahibkarlara dəstək verməsi, insanların sosial rifah halı içində yaşaması, dövlət idarəetməsində şəffaflığın, əlçatanlığın təmin edilməsi…

Odur ki, yeni təyin olunan kadrlar bu işdə ölkə başçısına dəstək olmalıdırlar. Onun verdiyi tapşırıqların və həyata keçirdiyi islahatların yerlərdə uğurla icra olunmasını təmin etməlidirlər. Bir sözlə Prezidentin onlara olan etimadını doğrultmalı və üzərlərinə düşən missiyanı layiqincə yerinə yetirməlidirlər. Əminəm ki, belə də olacaq”-millət vəkili vurğulayıb.

İltizam Yusifov onu da bildirib ki, bu islahatlar təkcə ölkədə korrupsiya, rüşvətxorluğun kökünün kəsilməsinə xidmət etmir, eyni zamanda genişmiqayaslı islahatlar siyasəti dünyada yaranmış vəziyyətin yaratdığı zərurətə uyğun olaraq uyğun həyata keçirilir:

“Necə deyərlər, bu islahatlar dövrün tələbidir və yeni mərhələnin də özünəuyğun tələbləri, şərtləri var. Bu mərhələ də uğurlar əldə etmək, Azərbaycanın növbəti inkişafını təmin edib, iqtisadi inkişafının davamlılığını, dayanıqlığını təmin edib, vətəndaşların sosial-rifah halının yaxşılaşdırılması istiqamətində isə dövrün tələblərinə cavab verən daha peşəkar, bacarıqlı, intellektual biliyə malik, həmçinin Vətəninə, dövlətinə, xalqına bağlı kadrlara ehtiyac var. Azərbaycan cəmiyyəti də cənab Prezidentin yürütdüyü siyasətin ölkənin inkişafına, onların maddi, sosial rifah halının yaxşılaşmasına, iderəetmədə əlçatanlığın təmin olunmasına xidmət etdiyini bildiyindən, islahatlar kursunu dəstəkləyirlər ”.

Mənbə: olke.az