Aİ-nin yüksək səviyyəli rəsmisi ABŞ-ı Açıq Səma Müqaviləsindən çıxmamağa çağırıb

Aİ-nin yüksək səviyyəli rəsmisi ABŞ-ı Açıq Səma Müqaviləsindən çıxmamağa çağırıb

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozep Borel ABŞ-ın Açıq Səma Müqaviləsini tərk etmə qərarının problemi həll etməyəcəyini bildirərək Vaşinqton rəhbərliyini müqavilədən çıxmamağa çağırıb. Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Borel yazılı açıqlamasında qeyd edib.

Müqavilənin 2002-ci ildə qüvvəyə minməsindən sonran qlobal silahlar nəzarət sisteminin əsas nöqtələrindən biri olduğunu qeyd edən Borel sazişin şəffaflığı təmin etdiyini vurğulayıb.

“Saziş Avropa və qlobal arenada təhlükəsizlik və sabitliyə əhəmiyyətli töhfə verib. Bütün tərəflər bunu tanımalı və razılaşmaya tam əməl etməyə davam etməlidir. Razılaşmadan çıxmaq problemləri həll etmir və qarşı tərəfin öhdəliklərini yerinə yetirməsinə imkan verə bilməz”, - deyə o qeyd edib.

Sevinc Əliyeva

 

Mənbə: ordu.az