“Azərbaycanın müharibə etmək, güc tətbiq etməkdən başqa yolu qalmayıb”

“Azərbaycanın müharibə etmək, güc tətbiq etməkdən başqa yolu qalmayıb”

“Beynəlxalq ictimaiyyətə bu fikri Azərbaycan diplomatiyası yox, ən çox Paşinyan çatdırdı”

“Paşinyan “Qarabağ Ermənistandı, nöqtə” bəyanatıilə Minsk Qrupu çərçivəsində aparılan danışıqların başına bir güllə çaxdı.

Sonra“Biz heç bir sənəd-zad müzakirə etmirik, torpaqları qaytarmaqdan söhbətbelə getmir” bəyanatı ilə danışıqların fatihəsini oxudu.

Və nəhayət,Şuşada süfrə açıb, başına güllə çaxdığı və fatihəsini oxuduğu “mərhum”danışıqların “ehsanını” da verdi.


Elmar Məmmədyarov isə, Qazaxda məntəqə seçki komissiyasının qadın üzvü tək,kişi kimi dirənib hamının üzünə ki: “O, ölməyib! O, sizin üçünölüb, bizim üçün ölməyib!...”

Yuxarıdakıfikirləri tanınmış politoloq, Azərbaycan prezidentinin sabiq köməkçisi EldarNamazov özünün “Facebook” səhifəsində paylaşıb.

Kifayətqədər emosionallıq hiss edilən statusla bağlı və mayın 21-də Şuşada baş verənrüsvayçı “andiçmə” hadisəsi ilə əlaqədar Moderator.az son dövrlərdə mediadafikirlərinə az-az rast gəlinən Eldar Namazovun münasibətini öyrənib.

Politoloq saytımıza açıqlamasında, nəhayət, Azərbaycanın bu istiqamətdə atmalı olduğu konkretdiplomatik addımlardan bəhs edib və əlavə edib ki, sözügedən statusu da bubaxımdan paylaşıb:

“Mən bumövzuda şox sayda müsahibələr vermişəm, hamsını bir daha təkrarlamaq istəmirəm,oxucuların da yadına salmaq istəyirəm ki, uzun müddətdir mən Dağlıq Qarabağlabağlı yeni yanaşmanı və yeni strategiyanı təklif edirəm. O cümlədən, yenidiplomatik yanaşmanı – hücum diplomatiyasını seçmək və ordu işləri ilə,diplomatya və informasiya fəaliyyəti ilə bağlı vahid strategiya ilə düşməniyerində oturtmaq və torpaqları azad etmək yolunu təkilf edirəm.

Təəssüflərolsun ki, bu prosesdə biz dəyişikliklər görmədik və gəldiyimiz nəticə də gözönündədir. Həmin müsahibələrdə də mən qeyd edirdim ki, biz diplomatlardantorpaqların azad edilməsini gözləmirik, bu, bizim Ordumuzun çiyninə düşən bir vəzifədir.Mən dəfələrlə bunu təkrar etmişəm ki, Dağlıq Qarabağ probleminin həllində əsassözü diplomatiyamız yox, Ordumuz deyəcək.

Diplomatiyanında əsas məqsədi dünya ictimaiyyətinə bu müharibənin yenidən başlanmasının əsasgünahkarının kim olduğunu sübut etməkdir. Azərbaycan diplomatiyası elə işləməlidirki, dünya ictimaiyyəti üçün tam aydın olsun ki, Azərbaycanın müharibə etmək,güc tətbiq etməkdən başqa yolu qalmayıb.

Bizimdiplomatiyamız buna yönəlmək istəyir, ancaq hər bir pis hadisənin iki üzü olur.Ermənilər bu son hərəkətləri ilə faktiki olaraq Azərbaycan diplomatiyasınınçiyninə düşən vəzifələri özləri yerinə yetirdilər və bütün dünyaya göstərdilərki, həqiqətən də Azərbaycanın güc tətbiq edərək öz torpaqlarını azad etməkdənbaşqa çıxış yolu qalmayıb.

Və beynəlxalqictimaiyyətə bu fikri Azərbaycan diplomatiyası yox, ən çox Paşinyan çatdırdı”.

Mənbə: moderator.az