ABŞ Çin şirkətlərinin "qara siyahısını" genişləndirdi

ABŞ Çin şirkətlərinin "qara siyahısını" genişləndirdi

Birləşmiş Ştatların Ticarət Departamenti ÇXR-in Sincan Uyğur Muxtar Bölgəsindəki müsəlmanların hüquqlarını pozan və ABŞ-ın milli təhlükəsizliyini təhdid edən Çinin 33 şirkət və təşkilatını qara siyahıya alıb.

KONKRET.az xəbər verir ki, xüsusilə, yeddi şirkət və iki qurum apardığı repressiya kampaniyasına, kütləvi həbslərə, insanların məcburi əməyə cəlb edilməsinə və Sincanda etnik azlıqların yüksək texnoloji monitorinqi zamanı hüquq pozuntularına görə siyahıya alınıb.

ÇXR ordusunun maraqlarına uyğun hərəkət edən Çin hərbçiləri ilə ticarət əlaqələrunə görə də 20-dən çox şirkət siyahıda yer alıb.

Qara siyahıda olanlar üçün Amerika mallarının və istehsal olunan məhsulların ABŞ-ın iştirakı ilə xaricdə alınmasına məhdudiyyət qoyulur.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az