Həsən Ruhani İranda dini ibadət mərkəzlərinin sabahdan açılacağını bəyan edib

Həsən Ruhani İranda dini ibadət mərkəzlərinin sabahdan açılacağını bəyan edib

 İranda koronavirusun kəskin yayılmasına və ölənlərin sayının hər gün artmasına baxmayaraq, dini ibadət mərkəzləri yenidən açılır.

Bu barədə İran prezidenti Həsən Ruhani bu gün Koronavirusla Mübarizə üzrə Milli Qərargahın iclası zamanı məlumat verib.

O, 10 əyalətdə virusun qarşısının "tam alındığını" və digər bölgələrdə də bu istiqamətdə Səhiyyə Nazirliyinin lazım olan addımları atdığını iddia edib. Lakin Ruhani həmin əyalətlərin adlarını açıqlamayıb.

İran prezidenti sonda qeyd edib ki, mayın 30-dan etibarən dövlət idarələrində çalışan bütün işçilər yenidən işə başlayacaqlar.

Qeyd etmək lazımdır ki, dünyanın əksər ölkələrində dövlətlər öz xalqlarının həyat və sağlamlığını qorumaq üçün hələ ki, dini ibadət məkanları da daxil olmaqla, kütləvi toplaşma yerlərini bağlı saxlayır. Bəzi rəsmilər və deputatların çağırışlarına rəğmən, görünür, İran rejimi öz əhalisinin həyatına heç bir əhəmiyyət vermir.

Mənbə: www.gunaz.tv