Rusiya Avropanın ümidlərinə gülür: “Bu divar nəinki ordunu, dovşanı belə saxlaya bilməz”

Rusiya Avropanın ümidlərinə gülür: “Bu divar nəinki ordunu, dovşanı belə saxlaya bilməz”

Ukrayna Rusiya ilə sərhəddə divar çəkmək planlarını 2025-ci ilə qədər təxirə salıb.

Moderator.az xəbər verirki, 6 aya baş çatdırılması nəzərdə tutulan layihənin 2025-ci ilə qədər təxirəsalınmasına səbəb, bunun üçün gərəkli olan vəsaitin tapılmamasıdır.

Qeyd edək ki, istehkam vətəhlükəsizlik sistemlərindən ibarət olan divara Avropa da böyük ümidlərləbaxır. Avropa hesab edir ki, bu divar sadəcə Ukraynanı deyil, bütün Avropanırus ordusunun həmləsindən qoruyacaq, bu ühcumları önləyəcək bir sədd olacaq.

Lakin son vaxtlar Rusiyamediasında yer alan bir sıra açıqlamalar Rusiya rəsmilərinin Avropanın ümidlərinəsadəcə güldüyünü göstərir. Rusiyanın bir çox millət vəkili və hərbi ekspertihesab edir ki, “Avropa divarı” nəinki ordunu, hətta vəhşi bir dovşanın həmləsinibelə önləməyə qadir deyil.

Rusiyanın sadəcə “mənasızisrafçılıq” kimi baxdığı layihə ilə bağlı Ukraynanın ABŞ-la məsləhətləşmələraparmaq, onun təcrübəsindən yararlanmaq istədiyi vurğulanır. ABŞ-ın belə bir təcrübəmübadiləsinə necə yanaşacağı hələ ki, bəlli deyil.

Xatırladaq ki, Rusiyanın Ukraynaya məxsus Krımı zəbt etməsindən sonra iki ölkə arasında münasibətlər ciddi şəkildə kəskinləşib və gərginlik bu gün də davam edir.

Mənbə: moderator.az