Medvedev yaxtasını satır

Medvedev yaxtasını satır

Rusiya müxalifətinin lideri Aleksandr Navalnı Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevlə bağlı növbəti açıqlamasını yayıb.

Moderator.az-ın məlumatına görə, Navalnı deyib ki, 2009-cu ildə Medvedevə məxsus şirkətin xüsusi sifarişi ilə hazırlanan bahalı yaxta indi Soçi limanında yeni müştərisini gözləyir. Bu məşhur yaxta 2015-ci ildə təzyiq altında rusiyalı iş adamı Nikolay Şamalova satılsa da, bir müddət sonra yaxta yenidən Dmitri Medvedevə "bağışlanıb". Navalnının sözlərinə görə, yaxta yenidən satışa çıxarılıb və ona 134 milyon rubl qiymət qoyulub.

 

Mənbə: moderator.az