Fransaya gələnlər vətəndaşlığından asılı olmayaraq 14 günlük karantinə alınacaq

Fransaya gələnlər vətəndaşlığından asılı olmayaraq 14 günlük karantinə alınacaq

Paris, 23 may, AZƏRTAC

İyunun 8-dən etibarən Böyük Britaniyadan gələn və vətəndaşlığından asılı olmayaraq bütün səyahətçilər Fransa ərazilərinə daxil olduqda 14 gün karantin rejiminə riayət etməli olacaqlar.

AZƏRTAC xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin kommunikesində məlumat verilib.

Kommunikedə karantin rejiminin fransız, ispan və bütün digər vətəndaşlara tətbiq ediləcəyi bildirilir.

Avropa İttifaqı ərazilərindən kənar səyahətçilər üçün (yəni, Avropa İttifaqına üzv ölkələrdən və Birləşmiş Krallıqdan başqa dünyanın bütün digər ölkələrindən gələnlər) yeni qərar qəbul edilənə qədər bugünkü sərhədlərin bağlı və Avropa ərazisinə girişin qadağan olması prinsipi qüvvədə qalacaq.

Mənbə: azertag.az