“Elçibəy deyəndə ki, “rüşvət alırsınız, heç olmasa, insafla alın” - mən incidim…”

“Elçibəy deyəndə ki, “rüşvət alırsınız, heç olmasa, insafla alın” - mən incidim…”

"Əslində bu, doğru fikir deyildi… Rüşvətə, korrupsiyaya qəti qadağa qoymaq lazımdır…”

“Eks-prezident Əbülfəz Elçibəy müşavirələrdən birində rüşvət alan məmurlara xitabən belə bir cümlə işlətmişdi: “Rüşvət alırsınız, heç olmasa, insafla alın…”

Bunu Moderator.az-a son aylarda korrupsioner icra başçıları və digər məmurların kütləvi həbs kampaniyasına münasibət bildirən sabiq icra başçısı və ilk Milli Məclisin üzvü olmuş keçmiş deputat Maksim Musayev söyləyib.

“Elçibəy bu fikri işlədəndə (1993-cü ilin may ayının 25-də Prezidentin İcra Aparatında keçirdiyi hüquq-mühafizə orqanları rəhbərlərinin müşavirəsində- S.L.) mən Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışırdım. Onu deyim ki, AXC dövründə cəmi 6 ay işlədim o vəzifədə… Müharibə vəziyyətində olan, torpaqları işğal altında qalan bir dövlətin başçısı belə sözlər deyəndə mən incidim və istədim ayağa qalxıb deyəm ki, əşşi, mən ümumiyyətlə, almıram, bəs mən nə edim, yoxsa təkid edirsiniz ki, mütləq nəsə alaq... Əslində bu, doğru fikir deyildi. Rüşvətə, korrupsiyaya qəti qadağa qoymaq lazımdır. Bu harama bir neçə dəfə az-çox bulaşdınsa, vərdişkar olursan, bu gün az alacaqsan, sabah çox alacaqsan… Və bu minvalla dövlətin qanununu, xalqın heysiyyatını və gələcəyini tapdamaqda davam edəcəksən…” -deyə keçmiş icra başçısı bildirib.

Sultan Laçın

Mənbə: moderator.az