Bakı özünü təcrid etmiş şəhərlərin anti-reytinqində liderlər sırasında VİDEO

Bakı özünü təcrid etmiş şəhərlərin anti-reytinqində liderlər sırasında VİDEO

Azərbaycanın paytaxtı Bakı, əhalinin öz-özünü təcrid etməsi səviyyəsi baxımından dünya şəhərlərinin anti-reytinqində üçüncü yeri tutub.

Virtualaz.org bildirir ki, xəbəri Qazaxıstanın KTK telekanalı "Yandex"in araşdırmasına istinadən yayıb.

“Yandex” xidmətləri koronavirus pandemiyası zamanı müxtəlif ölkələrin 42 meqapolisinin sakinlərinin hərəkətlərini izləyir.

Kanal qeyd edir ki, Azərbaycanda hələ də karantin rejimi mövcuddur, lakin insanlar evdə qalmaq istəmirlər.

İkinci yerdə İsrailin Tel-Əviv şəhəridir. Orada da özünü təcrid rejiminə riayət etməyi dayandırıblar. Şəhərin küçələrində yüksək fəallıq müşahidə olunur- 73%. Lakin yerli hakimiyyət demək olar ki, bütün sənaye sahələrinin işləməsinə icazə verib və hətta rəsmi olaraq çimərlik mövsümü də açılıb.

Anti-reytinqə Qazaxıstanın paytaxtı Nur-Sultan liderlik edir. Nur Sultan küçələrində aktivlik 77 faiz təşkil edir.

Analitiklər Moskva və Nyu-York sakinlərinin hərəkətlərini də izləyiblər. Həmin şəhərlərdə koronavirusdan heç kim qorxmur. Baxmayaraq ki, infeksiyaya yoluxanların sayı Rusiyanın paytaxtında 155 minə, Amerika meqapolisində isə 200 minə yaxındır.

Başqaları üçün nümunə Mexiko və Mumbaydır. Orada, küçələr demək olar ki, boşdur. Əhalinin aktivliyi cəmi 22% -dir.

Mənbə: virtualaz.org