ABŞ Rusiya “yalanlarına” qarşı pul ayırdı

ABŞ Rusiya “yalanlarına” qarşı pul ayırdı

ABŞ Dövlət Departamenti Rusiyada səhiyyə ilə bağlı dezinformasiyaların ifşası üçün qrant vermək qərarına gəlib.

Axar.az xəbər verir ki, qrantın həcminin 250 min dollar olması nəzərdə tutulub. Qrantı alanlar Rusiyanın səhiyyə ilə bağlı dezinformasiyaları barədə hesabat hazırlayacaqlar.

Qrantın Rusiya dezinformasiyaları ilə bağlı təcrübəli olan təşkilatlara veriləcəyi vurğulanıb.

Mənbə: axar.az