Almaniyalı ekspert: “Erməni tərəfi ABŞ-ın “dodaqları” ilə Lavrovu tənqid etməyə çalışdı”

Almaniyalı ekspert: “Erməni tərəfi ABŞ-ın “dodaqları” ilə Lavrovu tənqid etməyə çalışdı”

ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli barədə aprel ayında verdiyi bəyanatı şərh edərək vurğulayıb ki, Birləşmiş Ştatlar münaqişənin həllinə yönəlmiş vasitəçilik səylərinə cəlb olunmaq öhdəliyinə sadiq qalmağa davam edir. Almaniyalı siyasi analitik Uve Halbax bildirib ki, bütün məsələlər razılaşdırılan zaman proses haqqında məlumat vermək diplomatiyada qəbul olunub.

“Rusiya Xarici İşlər naziri qeyd edir ki, rus təklifləri müzakirə olunur, elə deyil? Bəli, bunlar müzakirə oluna bilər, lakin bunlar tərəflərin, niyə də yox... Erməni tərəfi ABŞ-ın “dodaqları” ilə Lavrovu tənqid etməyə çalışdı, lakin bu, bu bəyanatın reallığa uyğun gəlmədiyi demək deyil, ictimailəşdirilməli olmayan razılaşmanın olduğu deməkdir”, - deyə Halbax bildirib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az