Putin bu şəxslərin deputat seçilməsinə qadağa qoydu

Rusiya Prezidenti Vladimir Putin orta səviyyəli cinayətlərə görə məhkum edilən şəxslərin deputat olmasına qadağa qoyan qanunu imzalayıb.

KONKRET.az xəbər verir ki, müvafiq sənəd hüquqi məlumatların rəsmi portalında dərc edilib.

Siyahıya orta səviyyəli 55 cinayət, o cümlədən mitinqlər haqqında qanunun dəfələrlə pozulması, dələduzluq, habelə bir qrup şəxs tərəfindən əvvəlcədən hazırlanan sui-qəsd daxildir.

Qadağa seçki gününədək sadalanan cinayətlərə görə məhkumluqlarına xitam verilməyən rusiyalılara aiddir.

Babək Göyüş

KONKRET.az

konkret.az

ƏVVƏLKİ XƏBƏR

Almaniyalı ekspert: “Erməni tərəfi ABŞ-ın “dodaqları” ilə Lavrovu tənqid etməyə çalışdı”

SONRAKI XƏBƏR

2021-ci ilin “Oskar” təqdimatı yubadıla bilər