“Ermənistan Baş naziri təlaş içərisindədir” – Berberyan

“Ermənistan Baş naziri təlaş içərisindədir” – Berberyan

"Nikol Paşinyan parlamentdə istiqamətləndirilmiş müxalifətçi olanda hakimiyyətin ünvanına müxtəlif ittihamlar səsləndirirdi, bu gün isə hər birini tənqid etdiyini söyləyir və onun hakimiyyət haqqında korlanma dərəcəsi bəlli olur". Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu "Güzgü qarşısında" verilişi zamanı Ermənistanın "Alternativ təşəbbüs" ictimai təşkilatının rəhbəri Sona Ağekyan Ermənistan Baş naziri Nikol Paşinyanın "Facebook" səhifəsində son canlı yayımına toxunarkən deyib.

Sona Ağekyanın sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyan məsuliyyətdən qaçır.

Ermənistanın "Aqrar kəndli birliyi" ictimai təşkilatının rəhbəri Hraç Berberyan bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan təlaş içərisindədir.

"Nikol Paşinyan təlaş içərisindədir. Səni ittiham etdikləri suallara cavab verməmək olmaz. Düşünürəm ki, Nikol Paşinyan bu cür açıqlamalar verməməli idi, əks halda burada suallar yaranır", - deyə Berberyan qeyd edib.

 

Mənbə: ordu.az