İran həkimləri BMT Baş katibinə məktub ünvanlayıblar

İranın Tibb Təşkilatlarının Assosasiyası BMT-nin Baş katibi Antonio Quterreşə məktub ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, İranın 700 nəfər görkəmli həkiminin imzası ilə yazılan məktubda BMT Baş katibindən İrana qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılmasına köməklik göstərməsi xahiş olunub.

Nəzərə çatdırılıb ki, koronovirus pandemiyasının dövründə tətbiq edilən iqtisadi sanksiyalar virusa qarşı aparılan mübarizəni çəniləşdirib. İnsanlar sadə dərmanların çatışmazlığı ucbatından həlak olurlar. Müalicənin davam etdirilməsi üçün dərman preparatları çatışmır.

Məktubu imzalayanlar qeyd ediblər ki, İrana qarşı tətbiq edilən sanksiyalar beynəlxalq qanunlara zidd olmaqla yanaşı, həm də qeyri-insani xarakter daşıyır.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Gürcüstanla Ermənistan arasında koronavirus qalmaqalı

SONRAKI XƏBƏR

Azərbaycan Ordusunun Naxçıvanda keçirdiyi təlimlər başa çatıb