Conson Çin nəhəngini Britaniyadan çıxarır

Conson Çin nəhəngini Britaniyadan çıxarır

Britaniya Baş naziri Boris Conson Çinin “Huavey” şirkətinin 5G infrastrukturunun qurulmasındakı iştirakını 2023-cü ilə qədər sıfıra endirməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bu məlumatı “Teleqraf” qəzeti yayıb. Məlumata görə, Conson artıq məmurlara bununla bağlı plan hazırlamağı tapşırıb.

Qeyd edək ki, Britaniya yanvarın sonunda “Huavey”i 5G şəbəkəsinin qurulmasında iştiraka buraxmışdı. Bununla belə, şirkətin bu şəbəkənin milli təhlükəsizliklə bağlı hissələrində iştirakı qadağan edilmişdi.

Mənbə: axar.az