Gəncədən Lamiyə İsazadə Prezidentə "...pandemiya günlərində atdığınız addımlar..." deyə müraciət etdi...

Gəncədən Lamiyə İsazadə  Prezidentə "...pandemiya günlərində atdığınız addımlar..." deyə müraciət etdi...

Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən “COVID-19” pandemiyası ilə mübarizə tədbirləri vətəndaş cəmiyyətinin təmsilçilərinin də təqdir etdiyi prosesdir.

Gəncə şəhərindən “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin sədri İsazadə Lamiyə Ədalət qızı Prezident İlham Əliyevə ünvanladığı müraciətdə bu istiqamətdə görülən işlərə böyük dəyər verdiyini ifadə edib. “Bu gün dünyanı iflic vəziyyətinə salan “COVID-19” pandemiyası məyusedici bir bəla olsa da, onunla layiqli mübarizə aparan ölkələr sırasında yer almağımız bizi sevindirir. Sizin baş verənlərə dərhal ciddi reaksiya verməyiniz sayəsində xalqımız şübhəsiz ki, bu pandemiyadan az itkilərlə yaxa qurtaracaq. Bu pandemiya günlərində Sizin təşəbbüsünüzlə atılan bütün addımlar digər ölkələr üçün nümunəyə çevrildi”.

L.İsazadə, həmçinin, qeyd edir ki, xalqımızın sosial rifahının yaxşılaşdırılması məqsədilə Prezidentin gördüyü tədbirlər ölkə başçısının qəlbindəki mərhəmətin, xalqa sevginin, humanistliyinin göstəricisidir. “Dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri kimi xarakterizə edilən Azərbaycanda bütün sahələrdə qazanılan nailiyyətlər, ölkəmizin beynəlxalq miqyasda nüfuzlu dövlət kimi tanınması Sizin uğurlu siyasətinizin nəticəsidir. Dövlətimizə rəhbərliyə başladığınız vaxtdan bu günədək Azərbaycan bütün sahələrdə uğurlarla zəngin yolla irəliləyir. Bu gün ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsi Sizin nəhəng dövlətlər arasında böyük nüfuza sahib olmağınızdan xəbər verir. Dövlətimizi beynəlxalq arenada tanıtmaq, söz sahibi etmək olduqca böyük zəhmət tələb edir. Biz də vətəndaş cəmiyyəti olaraq, Sizin bu böyük zəhmətinizi hər zaman yüksək qiymətləndirir, Sizinlə qürur duyuruq!” - deyə Birlik sədri Prezidentə müraciətində qeyd edir.

Baki-xeber.com

Mənbə: www.baki-xeber.com