Rusiyalı hərbi ekseprt: “Azərbaycan və Ermənistan arasında müharibə təhlükəsi həmişə, eləcə də bu gün var”

Bu həftə Azərbaycanda hücum xarakterli genişmiqyaslı hərbi təlimlər keçirilir. Ordu.az xəbər verir ki, Moskva Siyasi və Hərbi Təhlillər Mərkəzinin direktor müavini, hərbi ekspert Aleksandr Xramçixin bildirib ki, ümumilikdə Azərbaycan və Ermənistan arasında müharibə təhlükəsi həmişə, eləcə də bu gün var.


“Mən həmişə demişəm ki, bir gün nəsə bir şey mütləq olacaq. Bundan əlavə, bəli, hərbi təlimlər örtüyü altında müharibəyə başlamaq həqiqətən də bəzən çox rahat olur. Lakin hər iki tərəf bir-birinin hərbi təlimləri haqqında əvvəlcədən öyrəndiyi üçün bu, özlüyündə rəqibə xəbərdarlıq edir. Buna görə də bunun çox ehtimal olunan olduğunu düşünmürəm”, - deyə Xramçixin şərh edib.

Alpər Mövludoğlu
Ordu.az

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

Gözəllik yarışmasının finalisti İNTİHAR ETDİ

SONRAKI XƏBƏR

Məşhur azarkeş barabanını satışa çıxardı - Maddi vəziyyəti pisdi