Bakı sakinindən LİDERƏ: “Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz”

Bakı sakinindən LİDERƏ: “Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz”

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

Bakının Nəsimi rayonunun sakini Malik Şirinlinin məktubunda deyilir:

“Möhtərəm cənab Prezident, şəxsən öz adımdan və ailə üzvlərimin adından Sizə dərin təşəkkürümüzü bildiririk. Biz Sizinlə fəxr edir, qürur duyuruq. Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz, dəstəyə ehtiyac duyan insanlara dəstək göstərdiniz. Sizin sayənizdə imkansız ailələrə ərzaq yardımı verildi, işsiz vətəndaşlara maddi kömək göstərildi. Ulu Tanrı koronavirusa yoluxan bütün xəstələrimizə şəfa, onlara xidmət göstərən həkimlərə səbir və güc-qüvvət versin. Əziz Prezidentimiz, Allah Sizə hər zaman kömək olsun. Siz Azərbaycanın işıq saçan günəşisiniz. Bütün Azərbaycan xalqı Sizi dəstəkləyir və Sizin ətrafınızda sıx birləşib”.

Mənbə: sherg.az