Bu liderlərin görüşünü təşkil etməyə hazırıq - Rusiya

Bu liderlərin görüşünü təşkil etməyə hazırıq - Rusiya

Rusiya Fələstin lideri Mahmud Abbasla İsrail Baş naziri Benyamin Netanyahunun Moskvada görüşünü təşkil etməyə hazırdır.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov FƏTH təşkilatının Mərkəzi Komitəsinin üzvü Hüseyn əş-Şeyxlə telefon danışığı zamanı deyib.

Telefon danışığı zamanı FƏTH Rusiya tərəfini Fələstinin İsraillə bağlı qəbul etdiyi son qərarlar barədə məlumatlandırıb.

Boqdanov, həmçinin, Rusiyanın müstəqil Fələstin dövlətinin yaranmasını dəstəklədiyini vurğulayıb.

Mənbə: axar.az