Səudiyyədən sonra Qətər də Rusiyanı "vurur"

Səudiyyədən sonra Qətər də Rusiyanı "vurur"

Qətər koronavirus pandemiyası ucbatından qaz tədarükünü azaltmaq niyyətində deyil.

Axar.az xəbər verir ki, bunu “Qatar Petroleum”un icraçı direktoru Saad Şəridə Kaabi Amerika-Qətər biznes şurasında çıxışı zamanı deyib.

O, yaxın illərdə qaz tədarükünü əhəmiyyətli miqdarda artıracaqlarını bildirib:

"Biz xərclər nöqteyi-nəzərdən dünyanın ən effektiv istehsalçısıyıq. Ona görə də bazar şoklarının öhdəsindən gələ bilərik. İstehsalçıların çoxu hasilatı aşağı qiymətlər ucbatından dayandırmaq məcburiyyətində olacaqlar, amma Qətər üçün bu ssenari istisnadır”.

Mənbə: axar.az