Paşinyan hökuməti qabiliyyətsizdir – Vanetsyan

Hazırkı Ermənistan hökuməti hansısa islahat keçirmək iqtidarında deyil.

Axar.az xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan deyib.

“Bu hökumət hansısa islahat və ya işi məntiqi sonluğa çatdıra bilmir. Bu, onların qabiliyyətsizliyi və qeyri-peşəkarlığından xəbər verir. Onlar heç bir sahədə dərin islahat keçirə bilməzlər, onlar heç bir sahəni normal idarə edə bilmirlər. Bütün dövlət sistemi xaosdadır”, – deyə o bildirib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Suraxanıda növbəti ümumrayon iməciliyi keçirilib - Video + Fotolar

SONRAKI XƏBƏR

ADNSU-da enerji mövzusunda seminar