Suraxanıda növbəti ümumrayon iməciliyi keçirilib - Video + Fotolar

Suraxanı rayonunda genişmiqyaslı abadlıq və yenidənqurma işləri geniş vüsət alıb. Rayonun sanitar təmizliyi daim nəzarətdə saxlanılır, mütəmadi abadlıq aksiyaları davam etdirilir.

“Qafqazinfo”nun məlumatına görə, keçirilən növbəti ümumrayon iməciliyi mayın 23-də Bülbülə gölünün Əmircan, Bülbülə və Qaraçuxur qəsəbələrinə düşən hissəsində təşkil olunub. İməcilikdə Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, qəsəbə bələdiyyələrinin, idarə və müəssisələrinin kollektivləri iştirak edib.

Sanitar təmizliyin təmin edilməsi məqsədilə ətraf yabanı, quru alaq otlardan təmizlənib, eləcə də sözügedən ərazidə ətraf mühit və insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət, polietilen tullantılar yığışdırılıb. Toplanan iriqabaritli məişət tullantıları xüsusi nəqliyyat vasitələri ilə ərazidən daşınıb.

 

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Ucuz smartfonlar üçün yeni çip - “5G”ni dəstəkləyəcək

SONRAKI XƏBƏR

Paşinyan hökuməti qabiliyyətsizdir – Vanetsyan