Qonşumuz peyvəndlə bağlı uğur əldə edib! Qarşıda "istehsal nə vaxt başlayır" sualıdr

"Preklinik tədqiqatlar başa çatır, xırda heyvanlar üzərində işlər görülüb... indi primatlar, yəni meymunlar üzərində eksperimentlər başa çatır", - alim qeyd edib.

Koronavirus peyvəndinin preklinik tədqiqatları yaxşı nəticə verib və iyunun 15-dək onun insanlar üzərində sınaqları başlayacaq. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin N.F.Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin direktoru, akademik Aleksandr Gintsburq -nin əməkdaşı ilə söhbətində bildirib.

"Preklinik tədqiqatlar başa çatır, xırda heyvanlar üzərində işlər görülüb... indi primatlar, yəni meymunlar üzərində eksperimentlər başa çatır, orada da tanrıya şükür ki, həm immunogenlik, həm də təhlükəsizlik üzrə yaxşı nəticələr əldə edilir", – Gintsburq qeyd edib.

Onun sözlərinə görə, preklinik sınaqlar iyunun ilk ongünlüyündə başa çatdırıla bilər.

Gintsburg könüllü seçiminin aparıldığını və peyvəndin istehsalına yayın sonuna başlamağı istədiklərini qeyd edib.

"İnsanlarda test aparılması icazəsini almaq üçün sənədləri dərhal Səhiyyə Nazirliyinə təqdim etmək qalır. Ümid edirəm ki, pandemiya ilə əlaqədar olaraq ərizəmiz sürətlə nəzərdən keçiriləcək. Ümid edirəm, çünki iyunun 15-dək bu icazəni əldə etməyi və insan populyasiyası üzərində klinik araşdırmalara başlamağı planlaşdırırıq", - akademik əlavə edib.

Sputnik.az

ƏVVƏLKİ XƏBƏR

Kadırovun koronavirusa yoluxduğu təsdiqlənir - Harada müalicə aldığı açıqlandı

SONRAKI XƏBƏR

Vaqif Bəhmənli “Profil“i (VİDEO)