Ruslar distant səs verə biləcək - PUTİN TƏSDİQLƏDİ

Rusiya prezidenti Vladimir Putin distant səsvermənin mümkünlüyü haqqında qanunu imzalayıb.

Publika.az Rusiya mətbuatına istinadla xəbər verir ki, sənəd hüquqi məlumatların rəsmi internet portalında dərc olunub.

Qanun bütün seçkilərdə, referendumlarda poçtdan və elektron səsvermədən istifadə etməyə imkan verir.

Həmçinin dövlət xidmətləri portalından istifadə etməklə, seçici imzalarının toplanmasına da yol verilir.

Bundan başqa, fövqəladə vəziyyət elan olunacağı təqdirdə, qubernator seçkilərini təxirə salmağa icazə verilir.

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Mercedes-Benz EQA modelinin eksklüziv şəkilləri dərc edilib - FOTO

SONRAKI XƏBƏR

Ürək xəstəliyinə qarşı kök hüceyrə müalicəsi tətbiq olundu