Netanyahu sabah hakim qarşısına çıxacaq

Netanyahu sabah hakim qarşısına çıxacaq

İsrail Baş naziri Benyamin Netanyahu sabah hakim qarşısına çıxacaq.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Sputnik yayıb. Məlumata görə, Netanyahu haqqında 3 fərqli korrupsiya işi ilə bağlı açılan məhkəmə işi sabah baş tutacaq.

İsrail tarixində ilk dəfə olaraq bir nazir vəzifə başında olarkən barəsində məhkəmə işi qaldırılıb. Netanyahunun ilk məhkəmə prosesi Qüds bölgə məhkəməsində keçiriləcək. Netanyahunun sabah məkhəməyə qatılacağı gözlənilir”.

Qeyd edək ki, İsrailin Baş prokuroru Avicat Mandelblit 21 oktyabr 2019-cu ildə 3 fərqli korrupsiya işi ilə bağlı Netantahuya qarşı iddia qaldırıb. Bu il martın 17-də planlaşdırılan məhkəmə prosesi isə koronavirus səbəbindən mayın 24-ə keçirilmişdi.

Mənbə: axar.az