GünazTV May.23.2020: ABŞ Müdafiə Naziri İranın təxribatçı hərəkətlərinə qarşı xəbərdarlıq edir

ABŞ Müdafiə Naziri İranın təxribatçı hərəkətlərinə qarşı xəbərdarlıq edir

Amerika Birləşmiş Ştatları Müdafiə naziri Mark Esper dünən "İran rejimi qüvvələrinin təxribatçı hərəkətindən bəri son həftələrdə quralları yenilədik" dedi. "Qüvvələrim, təhdid hiss etdikləri zaman özlərini müdafiə etmək hüquqlarına sahib olduqlarını bilirlər."

Sper bu müsahibədə İranın təxribatçı hərəkətlərinə qarşı xəbərdarlıq edərək Qasim Süleymani'nin öldürülməsini dəstəklədiyini söyləyərək belə dedi: "Yanvar ayında baş vermiş hadisələri ilə əlaqədar olaraq bir böyük aktyoru döyüş sahəsindən məhv etdik, bir terrorçu lideri çox bacarıqlı bir terrorçu quruluşdan, sildik və onları əhəmiyyətli dərəcədə geriyə itələdik. Həmişə inanırdım ki, bu gördüyümüz iş, düzgün bir iş idi."

Digər bir gəlişmədə ABŞ Müdafiə Katibinin köməkçisi Jonathan Hoffman dünən Venesuelaya gedən İran tankerləri ilə bağlı bir suala cavabında dedi: "İran və Venesuela rejimlərinin hər ikisinin də beynəlxalq sanksiyaların pozucuları olduğunu söyləməyə davam edirik. Onların bu hərəkəti qlobal bir narahatlıq doğurur."

Pentaqonun yüksək rütbəli nümayəndəsi bir mətbuat konfransında ABŞ Hərbi Dəniz Qüvvələrinin İrana ABŞ gəmilərindən 100 metr məsafə saxlaması barədə xəbərdarlıq etdiyini xatırlataraq belə dedi:

“Biz bölgədə olan insanlara ehtiyatlı olmalarını və gəmilərimizdən uzaq olmalarını söylədik. İran rejiminin bu yaxınlarda təhlükəli və peşəkar olmayan bir şəkildə bu məsələni pozduğunu gördük. Və bir xatırlatma qərarı verildi və ABŞ-ın döyüş gəmilərindən uzaqlaşması üçün İran rejiminə beynəlxalq sularda hərəkət edən Amerika hərbi gəmilərini narahat etməməsinin və ya yaxınlaşmağa çalışmamasının və qarşı-qarşıya gəlməmənin lazım olduğunu aydınlaşdırmaq üçün daha ətraflı təlimat verildi."

Başqa bir gəlişmədə də Dövlət Departamenti cümə axşamı Twitter-dəki mesajında "Sanksiyalar bu günə qədər İran rejiminin 200 milyard dollarlıq qaynaqlarını əngəlləyib" deyə bildirdi.

Bu mesajda belə deyilir: "İki il əvvəl, həmin gün, dövlət katibi Mayk Pompeo, İran rejiminin birini seçməli olduğunu söyləmişdi, ya ölməkdə olan iqtisadiyyatını dirçəltməyə çalışsın, ya da sərhədlərindən kənardaki müharibələrdə qaynaqlarını israf etməyə davam edsin. İran rejiminin hər ikisini etmək üçün kifayət qədər qaynaqları olmayacaq."

Əhməd Haşimi, Günaz TV, Vaşinqton

 

Gunaz.tv

ƏVVƏLKİ XƏBƏR

Birdəfəlik 60 manat pul veriləcək- Baş Nazirdən MÜHÜM QƏRAR

SONRAKI XƏBƏR

Stressdən azad olmağın ən asan yolu